Ölkə ərazisində faktiki hava açıqlandı

  • By Mina
  • 20 Aprel 2024 10:32

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Ağsuda 5 mm, Qrız, Qəbələ, Şahbuzda 2 mm, Şahdağ, Gədəbəydə 1 mm-dək olub.

Aprelin 19-da saat 16:14-16:54 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Ağstafada 25 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Gədəbəydə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 28-32, Aran rayonlarında 29, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.

Gununsesi.info