Ölkə başçısı İlham Əliyev general-polkovnik Bəylər Həsən oğlu Eyyubovun yeni yaradılan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Bəylər Əyyubov indiyədək Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Prezidentin Təhlükəsizlik Baş İdarəsinin rəisi idi.
Sərəncam sənədinin mətnini AZƏRTAC dərc edib.