Ölkə başçısı yanğına görə səfərini gecikdirib

  • By admin
  • 29 Mart 2019 12:22

“Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfərini bir qədər gecikdirib Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar müşavirə keçirdi”. 

Gununsesi.org xəbər verir ki, bunu bu gün sahibkarlarla görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

O xatırladıb ki, şəxsən bu məsələ ilə bağlı ölkə başçısı ciddi tapşırıq verib:

“Tapşırığa əsasən işçi qurupu yaradılıb və bu gündən fəaliyyətə başlamışıq. Hər bir zərərçəkən sahibkarlarla ayrı-ayrı görüş keçiriləcək, onların problemi dinləniləcək və lazımi dəstək göstəriləcəkdir”.