“Ölkə başçısının Mehman Əliyevlə bağlı verdiyi göstəriş onun bütün vətəndaşların prezidenti olmasının göstəricisidir” - AYDIN MİRZƏZADƏ

  • By admin
  • 11 Sentyabr 2017 16:52

aydin_mirzezade

Azərbaycan prezidenti İlham Əliyevin “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi göstəriş təkcə bir insanın azadlığa çıxması yox, eyni zamanda ölkə başçısının bütün Azərbaycan vətəndaşlarının prezidenti olmasının göstəricisidir.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bunu eyni zamanda, ölkə başçısının mediaya olan diqqətin göstəricisi kimi də dəyərləndirmək lazımdır. “Mehman Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilsə də, istintaq davam edir. Yəni ölkə başçısı insanlar cəza törədərkən onlara qarşı daha ağır cəza növünün seçilməsi yox, daha humanist yanaşmanı tələb edir. Burada da ölkə başçısı məsələyə humanist yanaşaraq Mehman Əliyev barəsində seçilmiş həbs cəza növünün yüngülləşdirlməsi barədə göstəriş verdi”- deyə, millət vəkili vurğulayıb.

Mürtəza

Gununsesi.info