Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova ölkənin müstəqillik günü ərəfəsində Özbək xalqını təbrik edib.
Gununsesi.info xəbər verir ki, Lola Kərimova Özbək xalqına müstəqillik günü ilə bağlı təbrikini öz “İnstagram” səhifəsində yayıb: “Bütün soydaşlarımızı Müstəqillik günü münasibəti ilə ürəkdən təbrik edirəm! Mən əməksevər, istedadlı, səmimi Özbək xalqını xoşbəxtlik və inkişaf arzulayıram. Qoy hər zaman bizim doğma torpaqlarımızda sülh, sabitlik, müxtəlif xalqlar və dini inanclılar arasında tolerantlılıq, qarşılıqlı hörmət hökm sürsün, hansı ki, əsrlər boyudur bizim Vətənimizdə davam edir”.
L. Kərimova öz təbrik mesajında həmçinin, atası İslam Kərimova şəfa diləyib: “ Mən yaranmış bu imkandan istifadə edib prezidentimizin tez bir zamanda sağalmasını arzu edirəm. Bu, bizim üçün çox böyük məna kəsb edir. Sizlərə çox təşəkkür edirəm!”.
Gununsesi.info