Ölkə fırtına fəlakəti yaşayır: 80 nəfər həyatını itirdi

  • By admin
  • 22 Yanvar 2024 08:48

ABŞ-ın bir çox bölgəsində son bir həftə ərzində yaşanan sərt hava şəraitinin yaratdığı hadisələrdə ölkə daxilində 80-dən çox insan həyatını itirib.

Gununsesi.info xəbər verir ki, milyonlarla amerikalı əlverişsiz qış şəraitindən təsirlənib. Buz fırtınası səbəbiylə elan edilən fövqəladə vəziyyət qərb sahilindəki Oreqon ştatında davam edərkən, Pensilvaniya, Kaliforniya və İndiana ştatlarında da elektrik enerjisi kəsilib.

Son bir həftə ərzində ölkə daxilində sərt hava şəraitinin yaratdığı qəzalarda 80-dən çox insanın həyatını itirdiyi halda, soyuq havanın həftənin əvvəlində də davam edəcəyi bildirilib.

ABŞ-ın bir çox bölgəsini təsir altına almaqda davam edən qütb soyuqluğundan 100 milyondan çox insanın mənfi təsirləndiyi bildirilir.

Əlverişsiz hava şəraiti səbəbindən təxminən 100 min nəfərə elektrik enerjisi verilə bilmir.

Digər tərəfdən, Tennessi ştatında 10 milyon insandan elektrik kəsilməsinin qarşısını almaq üçün enerjiyə qənaət etmələri istənilib.

Gununsesi.info