Ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi 40 faiz azalıb - NEMƏT ƏLİYEV

  • By admin
  • 09 İyun 2017 12:49

nemet

“Yerli müəssisə və təşkilatlar sərmayə yatırımını ötən ilə nəzərən 40 faiz azaldıb”.

Gununsesi.info bunu iqtisadçı-ekspert Nemət Əliyevə istinadən bildirir.

N.Əliyevin sözlərinə görə, bu göstərici 2015-ci ildəki səviyyədən 83 faiz azdır: “2015-ci ilin yanvar-aprel dövründə 1,4 milyard dollar sərmayə yatırımı həyata keçirən yerli müəssisə və təşkilatlar ötən il 401 milyon dollar, bu il isə vur-tut 239 milyon dollar yatırım həyata keçirib”.

İqtisadçı qeyd edir ki, xarici investorlar isə bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına kapital yatırımının həcmini ötən ilə nəzərən 231 milyon dollar və ya 12,4%, 2015-ci ilə nəzərən yarım milyard dollardan çox və ya 25% azaldıb: “İnvestisiyalar, yatırımlar gəlməsə, islahatların önü açılmasa, normal idarəçilik tətbiq edilməsə, tənəzzülü durdurmaq mümkün olmayacaq “.

Vüsalə Rüstəmova

Gununsesi.info