Kanadanın Baş naziri Canstin Tryudo ilk dəfə olaraq ölkənin federal polisinin daimi rəhbəri vəzifəsinə qadın təyin edib.
Gununsesi.info xəbər verir ki, rəhbər vəzifəsinə təyin edilən Brenda Laki 1986-ci ildən polis əməkdaşıdır. O, keçmiş Yuqoslaviyada sülhməramlı qüvvələrdə xidmət edib və Haitidə BMT missiyası üçün polislərin öyrədilməsinə kömək edib.
B.Laki BMT-nin medalı ilə təltif edilib. O, federal polisinin daimi rəhbəri vəzifəsində işinə aprelin ortasından başlayacaq.
Gununsesi.info