Yəmən Müdafiə Nazirliyinin Hərbi Sənayeləşdirmə İdarəsinin rəisi general-mayor Həsən bin Cəlal əl-Ubeydi Misirin paytaxtı Qahirədə öz mənzilində ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, Ubeydinin əllərinin qandallı olduğu və bədənində çoxlu bıçaq yaralarının olduğu bildirilib.
Yəmənin Qahirədəki səfirliyi Misirin paytaxtında yüksək rütbəli yəmənli hərbçinin öldürüldüyünü bildirib.
Bu barədə səfirlik X sosial media platformasında məlumat yayıb. “Müdafiə Nazirliyinin Hərbi Sənayeləşdirmə İdarəsinin rəisi general-mayor Həsən bin Cəlal əl-Ubeydinin qətlini böyük maraq və narahatlıqla izləyirik”, – deyə məlumatda bildirilir.
Açıqlamada Ubeydinin Misirin paytaxtı Qahirədə yaşadığı mənzildə öldürülmüş halda tapıldığı, hadisə ilə bağlı Misirdəki bütün təhlükəsizlik səlahiyyətliləri ilə əlaqə saxlaması və araşdırmaların təqib edilməsi üçün ekspertlərin təyin edildiyi bildirilib.
Mövzu ilə bağlı Yəməndə yerli mətbuatda yer alan xəbərlərdə Ubeydinin Qahirədəki mənzilində əli qandallı və bədənində çoxlu bıçaq yaraları ilə ölü tapıldığı bildirilib.
Hadisə ilə bağlı Misirdən hələlik rəsmi açıqlama verilməyib.
Gununsesi.info