Ölkə tarixində bir ilk: Havanın çirklənməsini azaltmaq üçün süni yağış

  • By admin
  • 18 Dekabr 2023 13:56

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində havanın çirklənməsini azaltmaq üçün süni yağış istehsal edilib. Pakistan tarixində ilk dəfə istehsal edilən süni yağış şəhərin müxtəlif yerlərində yağıb. 

Gununsesi.info xəbər verir ki, “Geo News” televiziyasındakı məlumata görə, Pəncabın baş naziri Muhsin Naqvi bulud toxumlama avadanlığı ilə təchiz edilmiş təyyarələrin Lahorun 10 rayonu üzərində uçuşlar etdiyini bildirib. Naqvi hava çirkliliyini azaltmaq üçün Lahorda süni yağış istehsal edildiyini, 10-12 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 2 təyyarə və ekspertin bu məsələyə dəstək vermək üçün Lahora gəldiyini deyib.

Görülən işlərdən sonra Pakistan tarixində ilk dəfə olaraq şəhərin müxtəlif yerlərində istehsal edilən süni yağış yağıb.

Lahor dünyanın ən çox hava çirkliliyinə malik ilk 10 şəhəri sırasındadır. Pəncabda noyabrın 19-da havanın çox çirkli olduğu ərazilərdə 1 həftə maska ​​taxmaq məcburi edilib.

Gununsesi.info