Ölkə üzrə 87 min 237 ton pambıq yığılıb

  • By admin
  • 26 Dekabr 2016 20:24

pambiq

 

Dekabrın 26-dək ölkə üzrə pambıq tədarükü 87 min 237,7 ton təşkil edib. Bu isə 2015-ci il dekabrın 28-dək olan göstərici ilə müqayisədə 2,5 dəfə çoxdur (35 min 192 ton).

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, pambıq tədarükünə görə Saatlı rayonu öndədir. Rayonun fermerləri tarlalardan 11797,3 ton “ağ qızıl” yığıblar. Biləsuvarda 11594,6 ton, İmişlidə 9941,8 ton, Ağcabədidə 8664,3 ton, Beyləqanda 7736 ton pambıq tədarük olunub.

Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.

Gununsesi.info