Ölkə üzrə koronavirusa yoluxma göstəriciləri…

Azərbaycanda koronavirusa yoluxma üzrə son faiz göstəriciləri açıqlanıb.
Gununsesi.info koronavirusinfo.az saytındakı rəsmi göstəricilərə əsasən xəbər verir ki, hazırda ölkə xaricində yoluxanlar 0,4 faiz təşkil edir.

Bölgələr üzrə yoluxma sıralamasına gəlincə, Bakı 52,5 faizlə ənənəvi olaraq, ilk sıradadır. 

HTML tutorial

Ölkə üzrə yoluxanların 13.1 faizi Aranda, 12.9 faizi Abşeronda, 8.1 faizi Gəncə-Qazaxda, 3.3 faizi Şəki-Zaqatalada, 3 faizi Quba-Xaçmazda, 2.8 faizi Lənkəranda, 2.5 faizi Dağlıq Şirvanda, 1.4 faizi Yuxarı Qarabağdadır.

Naxçıvan Muxtar Respublikası da ənənəyə sadiq qalaraq, ən az yoluxma-0,04 faizlə sonuncu yerdə qərarlaşıb.

Gununsesi.info