Ölkə yanğın yerinə döndü: Üsyançılara qarşı əməliyyat başladı

  • By admin
  • 11 Mart 2024 08:25

Mərkəzi Afrika Respublikasının şimal-şərqindəki Caseqa əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda 18 üsyançı zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, təhlükəsizlik qüvvələri Vakaqanın Ndah bölgəsində Dəyişiklik üçün Vətənpərvərlər Koalisiyası (CPC) adlı üsyançı qrupa qarşı əməliyyata başlayıb. Əməliyyatda indiyədək 18 üsyançı öldürülüb. Bölgədə üsyançı qruplara qarşı əməliyyatların davam edəcəyi bildirilib.

Seleka, Anti-Balaka, 3R (Qayıdış, Tələb, Yenidən Konsolidasiya), Sülh Uğrunda Birlik (UPC), CAR Vətənpərvər Hərəkat (MPC), Tanrının Müqavimət Ordusu (LRA) kimi silahlı qruplar, xüsusilə yeraltı sərvətlərlə zəngin bölgələrə hökmranlıq etmək üçün mübarizə aparır.

CPC-nin çətiri altında toplaşan üsyançı qruplar 2020-ci ilin dekabrında paytaxt Banquini ələ keçirmək üçün əməliyyata başlasalar da, uğursuzluqla nəticələndilər.

2013-cü ildən bəri davam edən zorakılıqlar nəticəsində ölkədə əksəriyyəti müsəlman olan minlərlə insan qətlə yetirilib, 1 milyondan çox insan didərgin düşüb.

 

Gununsesi.info