“Elə məhkəmə qərarı olur ki, bunun icrası “2×2”dir, amma yubadılır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, məhkəmənin dostu institutunun yaradılması təklifi məhkəmə qərarlarına da şamil edilsə, yaxşı olar: “Çünki bəzən elə məhkəmə qərarı olur ki, bunun icrası “2×2”dir. Misal olaraq, məhkəmə qərar qəbul edib, amma məhkəmə icraçısı bunu həll etməyə maraqlı deyil. Yüzlərlə belə fakt olub ki, biz zəng edib məcbur etmişik. Sənin nə marağın ola bilər?! Yaxud da qərarın icrasını təmin etmək qarşı tərəfin məsələni uzatması üçün müəyyən imkanları geniş olanda məhkəmə qərarının icrasına maneə törətmək vəziyyəti yaranır. Buna da hansısa formada Ombudsmanın müdaxilə etmək imkanı vacibdir. Çünki ölkədə əsas problem məhkəmə ilə bağlıdır. Məhkəmə qərarı icra olunmayan bir ölkədə heç nəyin ədalətli olmadığını müzakirə etməyə ehtiyac yoxdur. Odur ki, ilk növbədə bu məsələ həll olunmalıdır”.
Gununsesi.info