Ölkədə ətin qiymətində ciddi artım

  • By admin
  • 13 Avqust 2024 19:26

Azərbaycanda, xüsusilə paytaxt Bakıda mal və qoyun ətinin qiymətində kəskin artıb baş verib.

Gununsesi.info-nun xəbərinə  görə, əvvəllər 13 manat 50 qəpiyə olan dana əti indi 16 manat 50 qəpik olub.

17 manata satılan quzu ətinin 1 kiloqramı isə 20 manata satılır.

Ət satışına baxan sahibkarlar bunu ət məhsullarının yerindəki bahalaşma ilə izah edir.

Ancaq qoyunçuluq təsərrüfatı ilə məşğul olan fermer Arif İbrahimov bu iddiaları təkzib edir.

Onun sözlərinə görə, ötən bazar günü satdığı quzuların qiymətində fərq olmayıb.

Orta hesabla satdığım  quzuların ətinin bir kiloqramı  15-16 manata olub.

“Görünür, Bakıda qiymətləri süni bahalaşdıraraq, fermerin üzərinə atırlar” deyə Arif İbrahimov əlavə edib.