Ölkədə 200 cinayət hadisəsi baş verdi

  • By admin
  • 12 Fevral 2018 09:48
Son iki gündə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 200 cinayət faktı qeydə alınıb. Onların 27-si “isti izlər”lə açılıb.
DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Gununsesi.info