Ölkədə bir ildə 11.5 min fərdi ev tikilib

  • By admin
  • 29 Yanvar 2018 16:24

Keçən il 11,5 min fərdi yaşayış evi istifadəyə verilib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2017-ci ildə ölkə vətəndaşlarının vəsaiti hesabına 1599,9 min kvadrat metr olan yaşayış sahəsi tikilib.

Fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2 faizi kənd yerlərində salınıb. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olub.. Evlərin 59,3 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

Vüsalə

Gununsesi.info