
Bu ilin yanvar-mart aylarında neft və neft-kimya məhsullarının ixracı 413 min ton təşkil edib.
Gununsesi.info SOCAR-a istinadən xəbər verir ki, əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişim olub. Bu da əsasən dizel yanacağına ölkədaxili tələbatın təxminən 21% artması ilə bağlıdır.
Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır.
Bunun müqabilində kimya sənayesinin məhsullarının ixrac həcmi artıb. Belə ki, 2018-ci ilin yanvar-mart aylarında yüksək təzyiqli polietilenin istehsalı 3%, məhsulun ixrac həcmi isə təqribən 11% yüksəlib.
Vüsalə
Gununsesi.info