Ölkədə hazırlıqlar başladı! “ANKA-S”-ə heyran qaldılar: Adi sistemlərdən çox fərqlidir

  • By admin
  • 26 Dekabr 2023 11:56

Qazaxıstan Müdafiə Nazirliyi “ANKA-S”-in qazax əsgərləri tərəfindən sınaqdan keçirilməsi prosesinin görüntüsünü paylaşıb.

Gununsesi.info bildirir ki, nazirlikdən verilən məlumata görə, qəbul sınaq mərhələlərindən uğurla keçən Türkiyənin “ANKA-S” pilotsuz uçuş aparatının hərbi sınaqlarına başlanılıb.

PUA Döyüş İstifadəsi Təlim Mərkəzinin rəhbəri Şokan Musabekov “ANKA-S”-in uçuşlarının ilk dəfə olaraq Qazaxıstan hərbçilərinin nəzarəti altında həyata keçirildiyini bildirib.

Musabekov qeyd edib ki, hərbi sınaq uğurla başa çatarsa, “ANKA-S” Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin donanmasına daxil ediləcək.

Qanadları 18 metrə qədər çatan “ANKA-S”-in uçuş sürətinin 120 ilə 270 kilometr arasında dəyişdiyini bildirən Musabekov nəqliyyat vasitəsinin səmada 27 saata qədər fasiləsiz işləyə biləcəyini də deyib.

Gununsesi.info