Ölkədə qaz itkisi rekord həddədir

  • By admin
  • 07 Avqust 2017 15:36

qazprom

İyul ayında respublika üzrə əmtəəlik qaz itkisi 15.4 faiz  təşkil edib.

Gununsesi.info-ya bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı  verib.

M.Qəhərmanlının sözlərinə görə,  iyul ayında regionlar üzrə qaz qəbulu  68 260 614 m3 olub. Onun 10 499 578 m3 və ya 15,4%-i itkiyə gedib.

Ən çox itki Lənkaran Rayon Qaz İstismar İdarəsinə daxildir. Bu rayon üzrə qəbul olunan 9 262 211 m3 qazın  2 858 865 m3 və ya  31 %-i qaz itkisinə getdiyi aşkar olunub.

Vüsalə

Gununsesi.info