2023-cü ilin on bir ayında Azərbaycan xaricdən 24 milyon 211 min ABŞ dolları dəyərində diri qoyun idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Belə ki, idxal olunan diri qoyunların sayı 312 min 933 ədəd təşkil edib. 2022-ci il bu say 167 min 967 ədəd olub.
2023-cü ilin 1 diri qoyunun qiyməti 132 manat, 2022-ci il isə 140 manat olub.
Dövlət Statistika Komitəsinin sentyabrda açıqladığı hesabata görə, Azərbaycanda qoyun istehsalında 8,9% azalma müşahidə olunub.
Cari ilin doqquz ayında 2 milyon 533 min 192 baş iribuynuzlu mal-qara istehsal olunub, bu da 2022-ci ilin yanvar-sentyabrı ilə müqayisə də 113 min 405 baş və ya 4,3% azdır.
Son 9 ayda istehsal olunmuş iribuynuzlu mal-qara içərisində inək və camış istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% və ya 43 min 930 baş az olub.
2023-cü ilin yanvar-sentyabrında donuz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% və ya 929 baş azalıb.
Gununsesi.info