2021-ci ilin Yanvar ayında Azərbaycanda 96 ədəd və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 96 ədəd az minik avtomobili istehsal olunub.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.02.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 213 ədəd təşkil edib. 01.01.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 199 ədəd təşkil etmişdi.
Yanvar ayında da Azərbaycanda traktor istehsal edilməyib. 01.02.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 98 ədəd təşkil edib.Traktorlar üzrə 01.01.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 99 ədəd təşkil etmişdi.
Ötən ilin Dekabr ayında Azərbaycanda traktor istehsal edilməmişdi. Beləliklə, 2 ay Azərbaycanda traktor istehsal edilməyib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Gununsesi.info