Ölkədə unun qiyməti bahalaşıb - HÖKUMƏTDƏN AÇIQLAMA YOXDUR

2022-ci ilin ilk günündən etibarən ölkədə unun qiyməti bahalaşıb.
Gununsesi.info-nun əməkdaşı bu barədə sosial şəbəkələrdə yayılan məlumatları araşdırarkən bunun şahidi olub.
Belə ki, un satışı mağazalarında qiymətin 7-10 manat arasında bahalaşdığı məlum olub.
Əməkdaşımızla söhbətində mağaza sahibləri bahalaşmanın onlar üçün də sürpriz olduğunu deyib.
Onların sözlərinə görə, dəyirmandan un alarkən, yeni qiymətin şahidi olublar.
Vüsal Qarayev adlı mağaza sahibinin dediklərindən: “Əhali bizi günahkar görür. Biz 50 kq olan kisəyə əvvəl də 2 manat qoyurduq. İndi də eynidir. Dəyirmandan topdan un götürürük. Dəyirman da qiyməti bahalaşdırıb. İzahatı da onlar verməlidir. Taxıl ehtiyyatı yaydan toplanıb. Niyə, bahalşdırıblar, özləri açıqlamasını versin. Mağazaları günahlandırmağın yeri yoxdur”.
Vətəndaşlar isə sosial şəbəkələrdə bahalaşmaya görə hökuməti günahkar bilir.
Gununsesi.info-nun əməkdaşı Nazirlər Kabinetindən şərh almağa çalışsa da buna nail ola bilməyib.

Gununsesi.info

HTML tutorial