Ölkədə uşaq futbolunun inkişafı ilə bağlı yeni qanun layihəsi hazırlanır

  • By admin
  • 25 Yanvar 2017 14:45
rauf_aliev_deputat_31243412
Azərbaycanda “Uşaq və gənclər futbolu haqqında” qanun layihəsi hazırlanır.
Bunu Gununsesi.info-ya açıqlamasında qanun layihəsinin tşəbbüskarı, millət vəkili Rauf Əliyev bildirib. Onun sğözlərinə görə,  ölkədə uşaq futbolunun inkişafı  və kütləviliyini təmin etmək məqsədi ilə belə bir qanun layihəsinə zərurət var.
“Hazırda qanun layihəsi üzərində iş gedir.  Ancaq bu qanun layihəsi  hazırlandıqdan sonra onun müddəaları UEFA ilə razılşadırılmalıdır”-deyə,  millət vəkili vurğulayıb.
R.Əliyev onu da əlavə edib ki, qanun layihəsi zamanında hazır olarsa yaz sessiyas müddətində müzakirəyə çıxarıla bilər.
Mürtəza
Gununsesi.info