Ölkədə yol qəzalarının sayı artıb -RƏSMİ

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1259 yol-nəqliyyat hadisəsi baş verib. Bu 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.

Gununsesi.info bildirir ki, bu barədə noyabrın 14-də Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

HTML tutorial

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olub.

Qəzalar nəticəsində 599 nəfər həlak olub, 1099 nəfər yaralanıb. Həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 425 nəfər, yaralananların sayı isə 2,2 faiz artaraq 992 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 40,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,5 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib.

Gununsesi.info