“Ölkədəki son iğtişaşlar ABŞ və sionist rejim tərəfindən planlaşdırılıb”.
Gununsesi.info xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamenei İmam Həsən Zabitləri Tədris Universitetində hərbi kursantların buraxılış mərasimində çıxışı zamanı deyib.
“Mən birbaşa deyirəm ki, bu iğtişaşlar və təhlükəsizlik problemləri ABŞ-ın, işğalçı və saxta sionist rejimin planıdır. Xaricdəki bəzi xəyanətkar iranlılar onlara kömək etdilər”, – deyə Xamenei bildirib.
Onun sözlərinə görə, Məhsa Əmininin ölümü bədbəxt hadisədir və insanlar rəsmi araşdırmanın nəticəsini gözləmədən hadisəyə şiddətli reaksiya verməməli idilər. Məlumatlara əsasən, hazırda bir neçə şəhərdə müəyyən vaxtlarda aksiyalar davam edir.
Xatırladaq ki, bir neçə gün öncə İranın əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin hicabla bağlı saxlanılmasından sonra onun ölümü, ölkənin bir sıra şəhərlərində etirazlarla qarşılanıb.
Gununsesi.info