Ölkədən 500 min rublı çıxarmaq istəyən şəxs saxlanıldı

  • By admin
  • 12 Yanvar 2017 09:48

rubl

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min rubl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info