Ölkədən çıxışına yasaq qoyulan jurnalistlər Baş Prokurorluğun qarşısında aksiya keçirib

  • By admin
  • 03 May 2019 18:21

 

Ölkədən çıxmasına məhdudiyyət qoyulmuş bir qrup jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında aksiya keçirib.

Gununsesi.org-un xəbərinə görə, jurnalistlər onların ölkəni tərk etməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını istəyirlər.

Aksiya iştirakçıları öz səslərini İstintaq İdarəsinə çatdırmaq istəyirdilər.

Onların təkidindən sonra Baş Prokurorluğun rəsmiləri onları qəbul edib.

Görüşdən sonra jurnalistlər BBC News Azərbaycancaya bildiriblər ki, onlara yaxın vaxtlarda bu məsələnin öz həllini tapacağı deyilib.

Gununsesi.org