Ölkəmizdə “təhlükəsiz internet” xidməti işə salınır

Ölkəmizdə “təhlükəsiz internet” xidməti işə salınır

internet

“BakinterNet” provayderinin istifadəçiləri sentyabr ayında “təhlükəsiz internet” xidmətindən istifadə edə biləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Məlumata görə, hazırda bu xidmətin tətbiq olunması ilə bağlı təfərrüatlar nəzərdən keçirilir.
Söhbət uşaq və yeniyetmələri arzuolunmaz internet səhifələrindən (böyüklər üçün nəzərdə tutulmuş səhifələr, qumar oyunları, zorakılıq təbliğ edən informasiya və s.) uzaq tutacaq xidmətdən gedir.
Bu xidmətin istifadəçiləri yalnız filtrasiyadan keçirilmiş internet saytlarına giriş əldə edə biləcəklər.

Gununsesi.info

COMMENTS