
Cənubi Amerika ölkəsi Ekvadorun ən gənc bələdiyyə sədrikimi tanınan 27 yaşlı Bricit Qarsiya və onun müşaviri dəhşətli sui-qəsdin qurbanı olub.
Gununsesi.info xəbər verir ki, son zamanlar qpublaşmalar arasında savaşların baş verdiyi San Visente şəhərinin bələdiyyə sədri Bricit Qarsia və onun müşaviri Jairo Lorrenin cəsədləri çimərlik yaxınlığında park edilmiş avtomobildə tapılıb.
Təxminən 17 min insanın yaşadığı bölgədə suyun keyfiyyətinin yaxşılaşdırılması, cinayətlə mübarizə kimi vədlərlə vəzifəyə başlayan Qarsiyanın ölümü böyük kədərə səbəb olub.
Ekvadorun keçmiş lideri Rafael Korrea “X” sosial media platformasında gənc siyasətçi ilə çəkdirdiyi fotosunu paylaşaraq, “Mən darmadağınam” yazıb.
Son zamanlar Ekvadorda siyasətçilərə qarşı hücumlar artdığı halda, korrupsiyaya qarşı mübarizəyə söz verən namizədlərdən biri olan Fernando Villavicencio keçən il seçkilərin birinci turuna 11 gün qalmış hücum nəticəsində dünyasını dəyişib.
Gununsesi.info