Ölkənin ən hündür göydələni tikiləcək

  • By admin
  • 24 Avqust 2019 16:46

Yaponiyanın “Mori Building” tikinti şirkəti Tokionun mərkəzində “Gündoğar ölkə”nin ən hündür göydələnini inşa edəcək.

Gununsesi.org xəbər verir ki, paytaxtın Minato rayonunda həyata keçiriləcək layihənin “Toranomon-Azabuday” adlanan ən hündür binasının hündürlüyü 330 metr olacaq.

2023-cü ildə inşaat işləri başa çatdırıldıqdan sonra 64 mərtəbəli bina Osaka şəhərində yerləşən və hündürlüyü 300 metr olan hazırkı lider Abeno Harukası ötəcək.

Şirkətin nümayəndələrinin bildirdiyinə görə, bina əsasən ofislər üçün nəzərdə tutulub. Yalnız son 11 mərtəbədə mənzillər yerləşəcək.

Layihənin ümumi dəyəri 5,5 milyard dollar təşkil edəcək.

Gununsesi.org