Ölkənin ərzaq məhsulları idxaldan asılı vəziyyətə düşüb

  • By admin
  • 16 Sentyabr 2016 12:43

erzaq

Dövlət Gömrük Komitəsi xarici ticarət hesabatını açıqladı, ölkənin ticarət əməliyyatı yenə geridədir

HTML tutorial

Azərbaycanın xarici ticarət dövriyyəsi 25 faiz azalıb. Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 2016-ci ilin yanvar-avqust aylarında ticarət əməliyyatlarının həcmi 11 milyard 330 milyon 296 dollar manat təşkil edil.

Hesabata görə, ilin 8 ayında ixrac əməliyyatları 5.7 milyard dollar olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz azalıb. İdxal isə 5.5 milyard dollar olmaqla 6.2 faiz azalıb. Nəhayət, ticarət dövriyyəsində 250 milyon dollarlıq müsbət saldo müşahidə olunmağa başlanıb. Doğrudur, əvvəlki illərlə müqayisədə müsbət saldonun həcmində azalma özünü göstərir. Hətta bu ilin mart ayından başlayaraq, xarici ticarət dövriyyəsində kəsir müşahidə edilməkdə idi.

İxracda əsas azalma neft və neft məhsullarında, təbii qaz, elektrik enerjisində müşahidə edilir. Bu sahələrdə azalmaların başlıca səbəbi neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşmasıdır. Əmtəəlik qazın ixracının aşağı düşməsinə gəlincə, bu daxili tələbatın artması ilə bağlıdır.

Əsas ixrac məhsulları arasında yalnız meyvə-tərəvəz (30 faiz) və pambığın (45 faiz) artımına nail olmaq olub. Digər məhsullarda isə azalma müşahidə edilir.

İdxala gəlincə, kənd təsərrüfatı və ərzaq məhsullarında 23 faizlik kəskin artım baş verib. Ölkə gətirilən ətin miqdar baxımdan həcmi 2 dəfə, kərə yağı 26 dəfə, meyvə-tərəvəz 31 faiz, çay 86 faiz, buğda 1 faiz, şəkər 40 faiz və sair məhsullar artıb.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info