BMT məruzəçisi insan hüquqlarına görə hökuməti tənqid etdi -SUAL-CAVAB (yenilənib)

  • By admin
  • 22 Sentyabr 2016 13:40

bmt

BMT-nin İnsan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəsini  təqdim edib.  Gununsesi.info-nun xəbərinə görə, o, çıxışının əvvəlində Azərbaycana səfərini təşkil etdiyi,  yüksək əməkdaşlıq, eləcə də,  bir sıra mühüm görüşlər keçirməsi üçün səy göstərdiyinə görə, Azərbaycan hökümətini alqışladığını vurğulayıb.

M.Forst sonra “ Prezident Administrasiyası, Azərbaycan Xarici İşlər Nazirliyi,  Azərbaycan Daxili İşlər Nazirliyi, məhkəmə sistemi, Ədliyyə Nazirliyi,  Baş Prokuroluqda görüşlərimiz oldu.  Həmçinin, həbsdə olan məhbuslarla , insan haqları fəalları və KİV nümayəndələriylə də mühüm görüşlərimız baş tutdu”- deyə, qeyd edib.

 Gununsesi.info-nun məlumatına görə, kifayət qədər sərt notlar üzərində yazılan hesabatda  Azərbaycanda insan haqlarının vəziyəti  kəskin tənqid edilib. Məruzəçi bildirib ki, hökümətin keçirilməsinə rəsmi icazə verdiyi dinc aksiyalar zamani həbs edilən 45 nəfər fəalla bağlı Azərbaycan hökümətindən izahat istəyib.

Bundan başqa, o,  Azərbaycan hökümətini Avropa Məhkəməsinin qərarlarına əməl etməyə  çağırıb.  M.Forst İlqar Məmmədovun azad olunmasıyla bağlı, eləcə də,  həbsdəki digər şəxslər barəsində  fikirlərini bildirib.  O, qeyd edib ki,  ölkə  qanunvericiliyi QHT-lərin  fəliyyətinə ciddi maneçilik yaradıb. 

Məruzəçi daha sonra qeyd edib ki, bir sıra KİV nümayəndələri və hüquq fəalları ölkədən xaricə çıxa bilmir. M.Forst  hökümətə ismarıc göndərməyi də unutmayıb. O, bildirib ki, ölkənin hüdudlarından kənara çıxa bilməyən fəalları  Azərbaycanda Qərbin “5-ci kalonu” adlandırırlar. “Onların barəsində cəmiyyətdə  “satqın” rəyi yaradılıb.  Lakin  bu adamlar “satqın”, “xain” yox,  qəhrəmanlardırlar”-deyə, o, bildirib.

M.Forst ANS televiziyasının bağlanmasıyla da bağlı fikirlərini söyləyib. Bildirib ki, ANS-in bağlanması, Meydan TV-yə cinayət işinin açılması, habelə, “Azadlıq” radiosunun qapadılması ifadə azadlığına ziddir.

Tədbirin sonunda məruzəçi bildirib ki,  hazırda əlində olan bu sənəd hesabatın  ilkin formasıdır.“Qarşıdakı dövr ərzində  hesabat yenidən hazırlanıb, elan olunacaq. Həmin dövrədək hökümətin hesabata verdiyi cavablar da orada öz əksini tapacaq”-deyə, o, bildirib.

Daha sonra Cənab Forst media nümayəndələrinin suallarını cavablandırıb.

  • Gununsesi.info: Cənab Forst, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququnun məcburiliyini tanısa da Konvensiyanın 5-ci maddəsinin  pozuntusu ilə bağlı qərarların sayı çoxalmaqdadır. Bu məsələni, habelə, məhkəmələrin müstəqilliyinin təşviqi barədə müzakirələriniz oldumu?
  • İstər, hökumət, istərsə də Ali Məhkəmə rəhbərliyi ilə görüşlərimizdə müzakirələrimiz oldu. Həmçinin, Avropa Məhkəməsinin qərarlarına baxmayaraq, hələ də həbsdə olan şəxslər barəsində də danışdıq. Bu adamlar barəsində mən Avropa Şurası Nazirlər Komitəsinin sənədlərinə də baxmışdım. Hesab edirəm ki, Azərbaycan dövləti bütün təşkilatlar tərəfindən qaldırılan məsələlərə diqqət ayırmalıdır. Görüşdüyüm siyasi məhbuslar da bildirdi ki, onlar əsas hüquqularından istifadə etdiklərinə görə, həbs olunublar.
  •  Həbsxanalarda işgəncələrə dair məlumatlar hesabatınızda yer alıbmı? 
  • Bu barədə bəzi şəxslərin özləriylə söhbətlərimzizdə də məlumat almışıq. Azərbaycan Qeyri-insani rəftara və işgəncələrə qarşı konvensiyanı ratifkasiya edib. İşgəncənin yolverilməzliyi sənədlərdə qeyd olunur.
  • Siz hesabatı hazırlayarkən, hansı mənbələrə istinad etmisiniz? Diqqət edəndə ancaq tənqidi notlar görürük. Hesabatda hökumətin mövqeyi varmı?
  • Dövlətin reaksiyası həmişə təəccüblü olur. Biz nəticələri təqdim edirik və izahat istəyirik. hesabatın necə hazırlanmasına gəlincə, burada bir mənbədən alınmış məlumatlardan söhbət gedə bilməz. Mən Azərbaycana gələrkən, Avropa Şurasının, ABŞ Dövlət Departamentinin, beynəlxalq hüquq-müdafiə qurumlarının hesabtlarına baxmışam. Bütün hesabatlar, sənədlər hamısı bir-biriylə eynilik təşkil edir.  Hesabatın son varinatı qarşıdakı aylarda hazır olacaq. o zamana kimi hökumətin vaxtı var ki, izahat versin. Məsələn, mən dinc aksiyalar zamanı həbs olunan 45 siyasi fəalın siyahısını təqdim etmişəm.
  • Azərbaycanda siyasi məhbuslar üzrə yeni bir məruzəçinin təyin olunmasına zərurət varmı?
  • Bu suala mən cavab verə bilmərəm. Bu barədə Şura özü qərar verməlidir. Mən burada qanunların necə işlədiyinə baxıramm, araşdırıram.

 Pərviz Həşimli

Gununsesi.info