Ölkənin məşhur vəkili və jurnalisti 4 aylıq həbs edildi - MƏHKƏMƏ GECƏ SAAT 4-də QƏRAR VERDİ

  • By admin
  • 11 Sentyabr 2022 07:28

Baş Prokurorluq tərəfindən CM-nin 311.3.3  (Rüşvət alma) maddəsi ilə təqsirli bilinərək saxlanılan tanınmış vəkil Elçin Sadıqov və Xural TV-nin rəhbəri barəsində həbs-qətimkan tədbiri seçilib.

Gununsesi.info -nun xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin təqdimatı ilə hər iki şəxs haqqında aylıq həbs-qətimkan tədbiri seçilib.

HTML tutorial

Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyev Gununsesi.info-ya bildirib ki, hər iki şəxs ittihamları qəbul etmədiyi üçün istintaqa ifadə verməkdən imtina edib.

Qeyd edək ki, hər iki tanınmış şəxson cinayət məsuliyyətinə cəlb olunmasına səbəb jurnalist Eynulla Fətullayevin Əvəz Zeynallının həbsdəki iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat  pul alması barədə iddiası olub.

O, iddia edib ki, bu proses Rasim Məmmədovun vəkili Elçin Sadıqovun vasitəsi ilə həyata keçirilib.

Gununsesi.info