Ölkənin qızıl-gümüş bazarında qiymətlər düşür

  • By admin
  • 05 Aprel 2018 22:38

 

Bu gün Azərbaycanda əsas qiymətli metallar bazarında yenə ucuzlaşma qeydə alınıb.

Gununsesi.info məlumatına görə, qızılın qiyməti ötən günlə müqayisədə 11,56 manat azalaraq 1 troy unsiyası üçün 2258,501 manat təşkil edib.

Gümüş 0,3429 manat ucuzlaşaraq 1 unsiya üçün 27,625 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 6,4345 manat azalaraq 1562,3 manat, palladiumun qiyməti 13,7275 manat ucuzlaşaraq 1569,1 manat təşkil edib.

 

Gununsesi.info