Ölkəsinə dönə bilməyən baş nazir istefa verdi – FOTO

  • By admin
  • 12 Mart 2024 11:40

Baş nazir Ariel Henri Haiti ölkədə quldur dəstələrinin törətdiyi zorakılıq və gərgin etirazlar fonunda istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Karib İcmasının (CARICOM) sədri və Qayana prezidenti Məhəmməd İrfaan Əli deyib. “Keçid prezident şurasının yaradılması və müvəqqəti baş nazirin təyin edilməsindən sonra Ariel Henrinin istefasını qəbul etdik”, – deyə o bildirib.

CARICOM-a üzv olan 25 ölkənin rəhbərləri Haitidəki vəziyyətlə bağlı Yamaykada növbədənkənar iclas keçiriblər.

Görüşün ardından martın 5-dən təhlükəsizlik səbəbi ilə Puerto Rikoda gözləyən Henri istefa qərarını CARICOM-a çatdırıb.

Bundan əvvəl Haiti quldur dəstələrindən birinin lideri, Barbekü kimi tanınan Cimmi Çerizier ölkənin baş naziri Ariel Henrinin istefa vermədiyi təqdirdə, ölkədə zorakılıqlar fonunda vətəndaş müharibəsi ilə hədələyib.

Anrinin istefasını tələb edən silahlı dəstələr təhlükəsizlik qüvvələri ilə toqquşub, martın 2-də və 3-də Port-o-Prins və Krua-des-Buket bölgəsi yaxınlığındakı iki həbsxanaya silahlı hücumlar həyata keçirib. Qarşıdurmalar zamanı 4 minə yaxın məhbus həbsxanalardan qaçıb, 12 nəfər ölüb.

Hökumət həbsxanadan qaçan cinayətkarları tutmaq üçün martın 4-də 72 saatlıq fövqəladə vəziyyət və komendant saatı elan edib.

Cherizier dəstəsi baş nazir Anrinin ölkəyə qayıtmasının qarşısını almaq üçün dəfələrlə paytaxtın hava limanını ələ keçirməyə cəhd edib.

Quldur hücumları zamanı Henri Keniyanın rəhbərlik etdiyi çoxmillətli təhlükəsizlik qüvvələrini Haitiyə göndərməyi düşünmək üçün Nayrobidə idi.

Haitidə martın 4-də elan edilmiş 72 saatlıq fövqəladə vəziyyət martın 7-də bir ay uzadılıb.

Gununsesi.info