Ölkəsindən qaçan mafiya üzvü qəzetə danışıb özünü ələ verdi – Məhkəmə qərarı

  • By admin
  • 01 Mart 2024 15:41

Fransanın Lion şəhərinin Apellyasiya Məhkəməsi 2006-cı ildən qətlə görə axtarışda olan mafiya üzvü Edqardo Grekonun İtaliyaya ekstradisiyasına dair növbəti dəfə qərar çıxarıb.

Gununsesi.info xəbər verir ki, 2023-cü ilin aprelində Greko ilə bağlı ikinci dəfə eyni qərarı verən məhkəmənin ilk qərarı ölkənin ən yüksək məhkəməsi olan Ali Məhkəmə tərəfindən geri qaytarılaraq dayandırılıb.

Ali Məhkəmə prosessual yanlışlığa görə Lion Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və Grekonun ekstradisiya işinə Fransada yenidən baxılmasına qərar verib.

İtaliyada axtarışda olan 64 yaşlı Greko 1991-ci ildə ölkənin cənubundakı Kalabriyada italyan mafiyasından iki rəqibini lomla döyərək öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib.

İtaliyanın ən güclü mafiya təşkilatı olan “Ndrangheta”ya aid olmaqda şübhəli bilinən Greko 2006-cı ildə cəzasını çəkdikdən sonra ölkədən qaçıb.

2023-cü ilin fevralında Fransa polisi tərəfindən həbs olunarkən məlum olub ki, Greko Lion yaxınlığındakı Sent-Etyen şəhərindəki italyan restoranında aşpaz işləyirmiş.

Saxta şəxsiyyət vəsiqəsində Paolo Dimitrio adını daşıyan Greko 2021-ci ilin iyul ayında bir Fransız qəzetinə restoranın pizza reseptlərini tərifləmək üçün açıqlama verərək diqqətləri üzərinə çəkməsinin ələ keçirilməsində mühüm rol oynayıb.

Gununsesi.info