Ölkəyə gətirilən dərmanların həcmi42 faiz azaldı

Ölkəyə gətirilən dərmanların həcmi

ce7d2df527cab07211398d7a15fc57b0

Ət və süd idxalı isə 2 dəfə artıb.

 

Ölkəyə idxal olunan yeyinti məhsulların həcmi 16.4 faiz artıb.

Gununsesi.info-nun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbər görə, Azərbaycana idxal olunan məhsullar arasında yeyinti məhsullarının həcmi 15 faiz olmaqla, əsas üstünlüyə malikdir. Statistikaya əsasən, 2016-cı ilin 7 ayı ərzində ölkəyə 701.4 milyon dollar həcmində ərzaq və kənd təsərrüfatı məhsulları idxal olunub ki, bu da ötən ilin müvaqiq dövrünə nisbətən 16.4 faiz çoxdur.

Ərzaq məhsullarının idxalında ən böyük artım ət və süddə  hiss olunur. Belə, bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 14.5 min ton ət gətirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Həmin dövrdə  7.6 min ton ət idxal olunmuşdu. Süd məhsulları 2.8 min ton olmaqla, ötən ilin eyni dövrünə nisbətən idxal 1.7 dəfə artıb.

Digər məhsulların idxalına gəlincə, kərə yağı 9 min ton olmaqla 32 faiz, meyvə-tərəvəz 200 min ton olmaqla 32 faiz, çay isə 6.8 min ton olmaqla 81.5 faiz yüksəlik.

Buğda idxalında isə 10 faiz azalma müşahidə olnur. Belə ki, bu ilin 7 ayı ərzində respublikaya 788.5 min tob budğa gətirilib.

Dərman (əczaçılıq) məhsullarının idxalında da 42 faiz azalma var.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info

COMMENTS