İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən 3 nəfər – əvvəllər məhkum olunmuşlar – 1987-ci il təvəllüdlü Tural Həsənov, tanışı 1993-cü il təvəllüdlü Pünhan Mehdizadə və 1995-cı il təvəllüdlü Mahir Aslanlı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
DİN-in mətbuat xidmətində Gununsesi.info -ya verilən məlumata görə, həmin şəxslərdən, idarə etdikləri avtomobil və yaşayış ünvanlarından 60 kiloqram, o cümlədən güclü təsirə malik 41 kiloqram heroin, 19 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 2000 ədəd “metadon” həbi, elektron tərəzilər və narkotiklərin qanusuz dövriyyəsi zamanı əldə edilən pul vəsaitlərinin nağdlaşdırılmasında bilavasitə istifadə olunan bank kartları aşkar edilib.