Ölkəyə qanunsuz gətirilən 21 mobil telefon aşkar edilib – FOTO

  • By admin
  • 05 Yanvar 2017 15:04

telll

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 21 ədəd mobil telefonun qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarət zonasını “Yaşıl kanal”la keçmək istəyərkən hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

İlkin yoxlama zamanı həmin şəxs üzərindəki 3 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu şalvarının arxa ciblərindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Sonra isə vətəndaş şəxsi yoxlamaya dəvət olunub. Bu zaman sözügedən şəxs gödəkçəsinin iç ciblərindən və gödəkçəsinin aşağı hissəsindən 17 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu da çıxararaq təqdim edib.

Daha sonra vətəndaşın əl çantasının yoxlanılması zamanı oradan da 1ədəd “İphone 7 Plus 128 GB” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info