Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, baxış zamanı çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info