Ölkəyə qanunsuz gətirilən mobil telefonlar müsadirə olundu - FOTO

  • By admin
  • 22 Noyabr 2016 16:30

tel
Avtomobildə gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobildə idarəetmənin altında gizlədilmiş 4 ədəd “Samsung Galaxy J1 ace” markalı mobil telefon aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info