Ölkəyə qanunsuz mobil telefon keçirmək istədi - FOTO

  • By admin
  • 21 Dekabr 2017 16:32
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin dam örtüyünün altında 8 ədəd “Samsung Galaxy J3-6” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info