Ölkə başçısından Abdin Fərzəliyevə böyük etimad

  • By admin
  • 19 Yanvar 2022 17:18

Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Abşeron rayonu strateji və bir sıra əhəmiyyət baxımından Nərimanov rayonundan bir sıra üstünlükləri ilə seçilir. Abdin Fərzəliyevin Abşeron kimi bir rayona göndərilməsi ölkə başçısının böyük etimadı kimi qiymətləndirilə bilər.

Ümid edirik ki, Abdin Fərzəliyev böyüklüyü qədər də böyük problemləri olan Abşeronun problemlərinin öhdəsindən gələcək.

 

Gununsesi.info