Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı – FOTO

  • By admin
  • 24 Oktyabr 2021 17:30

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 559 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 548 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 303, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 145 təşkil edir.