Gununsesi.info-nun məlumatına görə, bu barədə aznews.az-a açıqlama verən Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasında aparılan ixtisarların səbəbini ölkədə iqtisadiyyatın ağır olması ilə əlaqələndirib:

“İxtisara düşənlər təkcə Vüqar, Əhsən və Cabir Abdullayev deyil. Onlar çox gözəl müəllimlərdir. Bütün ölkələrdə ixtisarlar gedir. Ölkənin iqtisadi vəziyyətindən xəbəriniz var? Ölkədə iqtisadı vəziyyət çox ağır olduğundan hər bir qurumda müəyyən ixtisarlar aparılır. Eləcə də Azərbaycan Milli Konservatoriyasında ixtisarlar olacaq. Amma hələ kimlərin işdən çıxacağı məlum deyil. Bütün hallarda ixtisarlar getməlidir”.

Siyavuş Kərimi bütün bunların zamanla həll olunacağını da vurğulayıb: “Çətinlik zamanıdır, yəqin ki, uzun sürməz. Ümid edək ki, belə halların ömrü qısa olar”.

Qeyd edək ki, mətbuatda Milli Konservatoriyada aparılan islahatlar çərçivəsində bir neçə məşhur xanəndənin işdən çıxarılması barədə xəbərlər yer alıb.

Gununsesi.info