Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

  • By admin
  • 25 Aprel 2021 17:42

Bu gün Azərbaycanda koronavirus əleyhinə 10 min  814 vaksin vurulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 4192, ikinci mərhələ üzrə 6622  nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 423 min 295, birinci mərhələ üzrə vaksin olunanların sayı  939 min 098, ikinci mərhələ üzrə isə 484 min 197 təşkil edir.

Gununsesi.info