Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr bunlardır – SİYAHI

  • By admin
  • 21 Mart 2022 22:21

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsi 3,1 milyard dollar göstərilir.

Türkiyə ilə ticarət dövriyyəsi 933,4 milyon dollar, Rusiya ilə 405,3 milyon dollar, Ukrayna ilə 331,2 milyon dollar, Çinlə 310,5 milyon dollar, İsraillə 264,4 milyon dollar, Yunanıstanla 206,7 milyon dollar dəyərində rəsmiləşib.

Qalan əsas ticarət tərəfdaşları dövriyyəyə görə belə sıralanır:

Portuqaliya – 183,2 milyon dollar

Gürcüstan – 175,4 milyon dollar

Tailand – 172,5 milyon dollar

Böyük Britaniya – 162,8 milyon dollar

Qazaxıstan – 162,7 milyon dollar

Almaniya – 145,6 milyon dollar

Hindistan – 126,3 milyon dollar

Tunis – 120,8 milyon dollar.

Gununsesi.info