Ölkənin ən peşəkar vəkillərindən biri də cəzalandırıldı - ELÇİN SADIQOVDAN GECİKMƏYƏN CAVAB

  • By admin
  • 26 Sentyabr 2020 14:11

Azərbaycanda daha bir vəkilə qarşı qanunsuzluq edilib.

Gununsesi.info-nun xəbərinə görə, Vəkillər Kollegiyası ölkənin ən tanınmış və peşəkar vəkillərindən biri olan Elçin Sadıqova töhmət verib və onun iradəsinə zidd olaraq fərdi vəkil kimi fəaliyyəti dayandırılaraq, 14 saylı Hüquq Məsləhətxanasına təyin edilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti E.Sadıqovun fərdi vəkil kimi fəaliyyətini dayandıraraq, onu 14 saylı vəkil bürosuna təyin edib.
E.Sadıqov Vəkillər Kollegiyasının Rəyasət Heyətini ona qarşı repressiya həyata keçirməkdə ittiham edib:
“Mənim fərdi fəaliyyətimi ləğv edərək, qeyri-iş günlərində həbs edilən siyasi məhbusların müdafiəsindən çəkindirmək üçün fərdi fəaliyyətimi dayandırır”.

Gununsesi.info