Ölkəyə mal əti və siqaret idxalı kəskin azalıb, dərman gətirilməsi artıb

  • By admin
  • 18 Sentyabr 2022 11:35

2022-ci ilin yanvar-iyul aylarında bir sıra məhsulların ölkəyə idxalı artıb.

Gununsesi.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

Belə ki, yanvar-iyul aylarında mühüm məhsul növlərindən buğda idxalı 5,1 faiz, kərə yağı, digər süd yağları və pastaları 32,9 faiz, quş əti və onun əlavə məhsulları 22,2 faiz artıb.

Dərman vasitələrinin idxalında rəqəm diqqətçəkəndir: 29,2 faiz.

Bundan başqa təzə meyvə 10,6 faiz,  unlu qənnadı məmulatları 12,2 faiz, kartof 6,1 faiz, polad prokatı 12,3 faiz, məişət kondisionerləri 34,4 faiz, avtobuslar 5,1 dəfə, sintetik yuyucu vasitələr 8,3 faiz, qara metallardan çubuqlar 26,1 faiz, mebellər 1,6 faiz, polietilen 67,5 faiz, qara metallardan künclüklər 0,4 faiz, polipropilen 4 faiz, sement 38,7 faiz artıb.

Bir sıra məhsulların idxalında isə azalma müşahidə edilib. 

Məlumatda deyilir ki, bitki yağları idxalı isə 12,9 faiz, xam şəkər 12,7 faiz, şokolad və şokolad məhsulları 4,3 faiz, çay 3,5 faiz, təzə tərəvəz 28,3 faiz, mal əti 59,6 faiz, siqaretlər 85,2 faiz, minik avtomobilləri 13,4 faiz, qara metallardan borular 18,3 faiz, hesablama maşınları, blok və qurğuları 31,2 faiz, yük avtomobilləri 15 faiz, rezin şinlər 10,7 faiz, mineral gübrələr 57,6 faiz, paltaryuyan maşınlar 31,3 faiz, məişət soyuducuları 37,2 faiz azalıb.

Gununsesi.info